SON XƏBƏRLƏR
NASA fikrini dəyişir: gedəcəyimiz yer qalmadı

Yazının dərc olunma Tarixi: 15/2/2017

Alimlərin “ikinci Yer” adlandırdığı, Günəş sistemindən kənarda yerləşən “Proksima b” planeti barədə fikirlər dəyişib.

ABŞ-ın kosmik tədqiqatlarla məşğul olan NASA mərkəzinin mütəxəssisləri “Proksima b” planetinin Yer canlıları üçün ideal bir məkan ola biləcəyini söyləyirdilər.
İndi isə NASA əməkdaşları ümidlərin puça çıxdığını, “Proksima b”nin həyat üçün yararsız məkana çevrilməkdə olduğunu düşünürlər. Səbəb isə odur ki, bu planet sürətlə su qaynaqlarından və oksigen ehtiyatlarından mərhum olur.
“Proxima b”də tez-tez baş verən elektrik generasiyası nəticəsində ion tullantılarının artması və 2 saatdan bir atmosfer qatına hücum edən günəş fırtınasının güclənməsi artıq bu planetin dözülməz dərəcədə çirkli əraziyə çevrildiyindən xəbər verir.
Novator.az-ın məlumatına görə, NASA əməkdaşı, astrofizik Aleks Qloser məsələ ilə bağlı mediaya açıqlamasında çox ciddi və təhlükəli nəticələr əldə etdiklərini deyib. O, həmçinin bəşəriyyətin ümid yeri ola biləcək “ikinci Yer” planetinin 10 milyon il sonra, bəlkə də daha tez məhv olacağını ehtimal etdiklərini bildirib.



Fikrini bildir