SON XƏBƏRLƏR
“Bir kişinin bir neçə qadınla ailə qurması ərəb kültürüdür”

Yazının dərc olunma Tarixi: 16/2/2017

“Anormal dindarlaşma prosesi elə prosesdir ki, o, din pərdəsi altında gedir, dinin mahiyyəti ilə ziddiyət təşkil edir. Anormal dindarlaşma prosesi təkcə müsəlman ölkələrində deyil, digərlərində də var.

Bəzi xristian sektaları var ki, onlar müasir texnologiyaları qəbul etmirlər. onlar nənki mobil telefon, kompüter, hətta işıq, elektrik enerjisindən, eləcə də avtomobildən istifadəni günah sayırlar. Təəssüf ki, islam ölkələrində də anormal dindarlığın təzahürləri var”
“Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Gündüz İsmayılov Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda təşkil edilən dəyirmi masada deyib.
Komitə rəsmisi qeyd edib ki, bu, ailə dəyərlərinə, müasirliyə qarşı münasibətlərdir: “Bizim ölkə də bu cür anormal dindarlığın təzahürlərindən sığortalanmayıb. Bunlardan biri də qadın hüuqularına, ənənəvi ailə institutlarına, ailə dəyərləimizə qarşı təhdidlərdir. Lakin bu təhdidlər İslam dinindən qaynaqlanmır. Bu, din pərdəsi altında başqa xalqlara məxsus ailə dəyərlərinin təbliğinin nəticəsidir”.
G.İsmayılov deyib ki, “şəriət” və “mədəniyyət” ayrı-ayrı anlayışlardır: “Şəriət bütün xalqlar üçün eyni, mədəniyyət isə fərqlidir. Azərbaycan qadına olan münasibətlə digər ölkələrdən fərqlənir. Dindən qaynaqlanan problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər. Bu gün adət-ənələrimizin hamısı dindən qaynaqlanmır. Adət-ənələrimizdə dindən gələn məsələlər rol oynayır, amma məsələ ondadır ki, adət-ənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem İslam dinində deyil.
Baş verənlər milli dövlətçiliyimiz üçün təhlükəlidir. Çünki milli dövlətçiliyin təməlini arxasında milli ailə dayanır”.
Komitə sədrinin müavini bildirib ki, Azərbaycan xalqı başqa xalqların adət-ənənələrini götürməməlidir: “Etiraf edək ki, islam dünyasında bir kişinin bir neçə qadınla ailə qurmasına yol verilir. Bir kişinin bir neçə qadınla ailə qurması ərəb kültürüdür. Yəni, islam dini ilə bağlılığı yoxdur. Bu, başqa xalqın mədəniyyətinin proyeksiyasıdır”.



Fikrini bildir