SON XƏBƏRLƏR
Baş mühasibin səhhəti ağırlaşdı- nazilik işçilərinin məhkəməsi təxirə düşdü

Yazının dərc olunma Tarixi: 17/2/2017

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə keçirilməli olan növbəti məhkəmə prosesi baş tutmayıb.

Buna səbəb təqsirləndirilən şəxslərdən "Aztelekom"un sabiq baş mühasibi Oqtay Rüstəmovun məhkəməyə gətirilməməsi olub.
Hakim Əfqan Hacıyev bildirib ki, O.Rüstəmovun shhətində problem olduğundan məhkəməyə gətirilməyib.
Məhkəmə fevralın 22-də davam edəcək.
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub. (musavat.com)



Fikrini bildir