SON XƏBƏRLƏR
Qumarbazı öldürməkdə günahlandırılan şəxsə 18 il cəza istənildi

Yazının dərc olunma Tarixi: 23/2/2017

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şəhriyar Abbasquliyevə cəza istənilib.

Ş.Abbasquliyevin cinayət işi üzrə məhkəmə prosesində prokuror çıxış edib.
Prokuror çıxışında S.Abbasquliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib.
Qətl hadisəsi Maştağada baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayev bıçaqlanaraq öldürülüb. Hadisəni törədən Ş.Abbasquliyev həbs edilib.
O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur.
Qətlə yetirilən İ.Ağayevin qumarbaz olduğunu yazıb. (musavat.com)



Fikrini bildir