SON XƏBƏRLƏR
“Bizim Market”in sahibinə qarşı dələduzluq etməkdə təqsirləndirilənin məhkəməsi başlayıb

Yazının dərc olunma Tarixi: 23/2/2017

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı cinayət işi ilə tanış olmadığını deyərək məhkəmədən vaxt istəyib.
Hazırlıq iclası fevralın 28-də davam etdiriləcək.
Qeyd edək ki, S.Quliyev və H.Quliyeva “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq, barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanovun şikayət ərizəsində qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Ötən il fevral ayının 3-də Xətai Rayon Məhkəməsində S.Quliyev və onun anası barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfəf uzadılıb. Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.



Fikrini bildir