SON XƏBƏRLƏR
“Google”da “Bayraktar” axtarışı

Yazının dərc olunma Tarixi: 1/5/2021

“Google”da “Bayraktar” axtarışıErmənistan əhalisi son bir il ərzində “Google” platformasında ən çox Türkiyənin silahlı pilotsuz uçuş aparatı Bayraktar TB2 ilə bağlı axtarış aparıb.

Azərbaycanın Qarabağdakı qələbəsindən sonra dünyada Bayraktar PUA-larına maraq artıb.

“Google” vasitəsilə Bayraktar TB2 barədə minlərlə axtarış aparılıb. Bayraktar PUA-ları ilə bağlı axtarış siyahısında birinci sırada Ermənistan gəlir. Eyni zamanda, Bayraktar TB2 barədə ən çox axtarış aparan ölkələrdən biri də Yunanıstandır.

Azərbaycan ilə Ermənistan arasında müharibənin davam etdiyi 4-10 noyabr tarixlərində Bayraktar TB2-nin axtarışı pikk həddə çatıb.

Qeyd edək ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində Bayraktar PUA-larından istifadə edib.



Fikrini bildir