SON XƏBƏRLƏR
Bakıda nişan mərasimi keçirən 57 nəfər cərimələndi

Yazının dərc olunma Tarixi: 8/5/2021

Bakıda nişan mərasimi keçirən 57 nəfər cərimələndiSuraxanı Rayon Polis İdarəsinin əməkdaşları Qaraçuxur qəsəbəsində yerləşən "Qədir Xum" restoranında nişan mərasimi keçirilməsinin qarşısını alıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəzarət-profilaktik tədbir zamanı orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar.

Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət apararaq karantin qaydaları barədə onları bir daha məlumatlandırıblar.



Fikrini bildir