Məscidlərin fəaliyyətinə insanların sayı 50 nəfərdən çox olmamaqla icazə verilir

Yazının dərc olunma Tarixi: 26/5/2021

Məscidlərin fəaliyyətinə insanların sayı 50 nəfərdən çox olmamaqla icazə verilir
İyunun 10-dan fəaliyyəti bərpa ediləcək dini ibadət yerlərinin necə fəaliyyət göstərəcəyinə aydınlıq gətirilib.

Məlumata görə, bu barədə xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə qərarda bildirilib.

Qeyd edilib ki, dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa edilir.



Fikrini bildir