SON XƏBƏRLƏR
Çelyabinsk məscidinin imamı məhkəməyə verildi

Yazının dərc olunma Tarixi: 28/5/2021

Çelyabinsk məscidinin imamı məhkəməyə verildiRusiyanın Çelyabinsk məscidinin imamı Rinat Yaminyev Ağdamda ermənilər tərəfindən tövləyə çevrilən məscidin görüntülərini paylaşdığı üçün məhkəməyə verilib. Bu barədə TRT məlumat yayıb. Yaminyev milli və dini zəmində nifrətin alovlandırılmasında ittiham olunur.

Onun sosial şəbəkə hesabında etdiyi paylaşımda həmçinin erməni işğalı illərində məscidlərin dağıdılmasından da bəhs olunub. Qeyd olunur ki, hazırda Azərbaycan səfirliyi işin baxılacağı məhkəmədə öz nümayəndəsinin iştirakına nail olmağa çalışır.



Fikrini bildir