SON XƏBƏRLƏR
Prokurorluq, müdafiə, sərhəd xidmətində işləyənlərlə bağlı qanuna dəyişiklik edilib

Yazının dərc olunma Tarixi: 31/5/2021

Prokurorluq, müdafiə, sərhəd xidmətində işləyənlərlə bağlı qanuna dəyişiklik edilib
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna dəyişikliklə dövlət qulluğunun xüsusi növündə - prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslər qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.

Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdyi orqan (qurum) təsdiq edilir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.



Fikrini bildir