SON XƏBƏRLƏR
Azərbaycanda 128 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb - SON DƏQİQƏ

Yazının dərc olunma Tarixi: 3/6/2021

Azərbaycanda 128 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb - SON DƏQİQƏ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 445 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 863 nəfər müalicə olunaraq sağalıb, 4 929 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 3 624 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 563, bu günə qədər isə ümumilikdə 3 542 035 test icra olunub.



Fikrini bildir