SON XƏBƏRLƏR
DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı

Yazının dərc olunma Tarixi: 17/6/2021

DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı
İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. DSX-dən bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat ediblər. Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.



Fikrini bildir