Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başladı

Yazının dərc olunma Tarixi: 1/7/2021

Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başladıBu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb. İyulun 1-dən etibarən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə yola salınması həyata keçirilir.

Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.



Fikrini bildir