General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edilib

Yazının dərc olunma Tarixi: 28/9/2021

General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edilib

Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.

“Pravdainfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, o, Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib.

Hələlik Cəmşid Naxçıvanski adına Hərbi liseyinə yeni rəis təyin edilməyib.



Fikrini bildir