SON XƏBƏRLƏR
553 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib

Yazının dərc olunma Tarixi: 5/1/2022

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 553 yeni yoluxma faktı qeydə alınıb, 736 nəfər müalicə olunaraq sağalıb.
553 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 618918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603055 nəfər müalicə olunaraq sağalıb, 8409 nəfər vəfat edib, aktiv xəstə sayı 7454 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9527, ötən müddət ərzində isə ümumilikdə 5899183 test aparılıb.



Fikrini bildir