SON XƏBƏRLƏR
Murad Dadaşov Gənclər və idman naziri gətirilir? - İDDİA

Yazının dərc olunma Tarixi: 27/5/2021

Murad Dadaşov Gənclər və idman naziri gətirilir? - İDDİA
Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsindən sonra bu posta təyinat olmayıb.

Pravda.az xəbər portalına daxil olan məlumata görə, “Xəzər TV” MMC-nin Baş Direktoru Murad Dadaşovun sözügedən nazirliyə rəhbər gətirilməsi planlaşdırılır.

Mənbəmiz bildirib ki, Gənclər və idman naziri vəzifəsinə təyin olunması planlaşdırılan şəxslər arasında Murad Dadaşovun da adı var. Ona görə də, M.Dadaşov son zamanlar hər hansı bir məsələdə adının hallanmasını istəmir.

Qeyd edilir ki, M.Dadaşovun bir müddət öncə “Xəzər TV”-dən istefa verməsi ilə bağlı yayılan xəbərin məhz bununla əlaqəli olduğu bildirilir. “M Group Production”dan M.Dadaşovun “Xəzər TV”dən işdən ayrıldığını təsdiqləmişdilər. Sonradan “Xəzər TV” bu xəbəri təkzib etmişdi.



Fikrini bildir