SON XƏBƏRLƏR
Tokio-2020: Azərbaycan 12-ci, Roman Saley 3-cü qızıl medalı qazanıb

Yazının dərc olunma Tarixi: 3/9/2021

Tokio-2020: Azərbaycan 12-ci, Roman Saley 3-cü qızıl medalı qazanıb

Azərbaycan para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.

"Pravdainfo" nun məlumatına görə, o, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə 57.81 saniyəlik göstərərək, bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.



Fikrini bildir