Suriya diktatorunun halı pisləşdi, çıxışını yarımçıq kəsdi - VİDEO
Yazının dərc olunma Tarixi: 18/8/2020
Bu günlərdə Suriya diktatoru Bəşər Əsəd Dəməşqdə parlament üzvləri qarşısında çıxış edərkən halı pisləşib. Əsəd kürsüdə danışarkən qəfildən nitqi pozulub, cümlələri qurmaqda çətinlik çəkib. Bu zaman kameralar onun halının pisləşdiyini göstərməmək üçün zaldan görüntü veriblər. Əsəd nitqini toparlaya bilməyib, zaldakılardan üzr istəyərək su içib, amma yenə halı yaxşılaşmayıb. Nəticədə o, çıxışını yarımçıq qoyaraq kürsünü tərk edib.
Xatırladaq ki, Suriyada əli yüz minlərlə insanın qanına batan Bəşər Əsədin arvadı xərçəngdən müalicə alır.
Bəşər Əsədin halının pisləşməsi barədə Türkiyənin TGRT kanalının süjetini təqdim edirik: