SON XƏBƏRLƏR
ABŞ-da kazinoda atışma olub

Yazının dərc olunma Tarixi: 2/5/2021

ABŞ-da kazinoda atışma olub
ABŞ-ın Viskonsin ştatındakı bir kazinoda atışma nəticəsində iki nəfər ölüb. Səlahiyyətlilərin verdiyi məlumata görə, hadisə, Green-Bay adlanan ərazidə “Oneida” kazinosunda baş verib.

Daha əvvəl hadisə baş verən zaman atışma nəticəsində yeddi nəfərin yaralandığı bildirilmişdi.

Lakin polis rəsmisi Kevin Pavlak bildirib ki, şübhəli artıq polis tərəfindən zərərsizləşdirilib. Viskonsin ştatının baş prokurorluğundan verilən məlumata görə bu qəsdən törədilən cinayətdir.

Hədəf müəyyən bir şəxs olub. Lakin həmin şəxs orda olmayıb. Bu zaman şübhəli şəxs onun dostlarına və həmkarlarına atəş etmək qərarına gəlib.

Beləliklə iki nəfəri vurub öldürüb. Bir nəfər isə ağır yaralanıb.



Fikrini bildir