SON XƏBƏRLƏR
Kabildə güclü yanğın: 10 ölü, 14 yaralı

Yazının dərc olunma Tarixi: 2/5/2021

Kabildə güclü yanğın: 10 ölü, 14 yaralı
Əfqanıstanın paytaxtı Kabil şəhərinin şimalında baş verən yanğın zamanı azı 10 nəfər ölüb, 14 nəfər yaralanıb.

Xarici KİV-lər xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabul yaxınlığında neft daşıyan yük avtomobilləri partlayıb. Hadisə nəticəsində 10-dan çox insanın öldüyü bildirilir.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə hadisənin təfərrüatları barədə məlumat toplanaraq araşdırmalara başlanılıb.

Partlayış şəhərə gedən elektrik xətlərinə zərə vurduğundan Kabulda elektrik enerjisinin verilişi dayanıb.

Daxili işlər nazirliyinin sözçüsü bildirib ki, yanğın bir avtomobildən başlayaraq digərlərinə yayılıb, daha sonra güclü partlayış baş verib.

Yaxınlıqda yerləşən evlərə ziyan dəyib, bəziləri tamamilə dağılıb.



Fikrini bildir