SON XƏBƏRLƏR
Tacikistanda güclü partlayış baş verib

Yazının dərc olunma Tarixi: 2/5/2021

Tacikistanda güclü partlayış baş verib
Tacikistanın paytaxtı Düşənbə şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

RİA Novosti xəbər verir ki, bu barədə Fövqəladə Hallar Komitəsinin sözçüsü Umeda Yusufi məlumat yayıb. Bildirilir ki, onlardan beşinin vəziyyəti ağırdır.

Hadisə axşam saatlarında “Zarafşon” mikrorayonunda olub. Güclü partlayış nəticəsində 29 nəfər yaralanıb. Alovun tüstüsü 50 metr hündürlüyə çatıb, yaxınlıqdakı evlər zədələnib. Yanğın saat yarımdan çox müddətdə 10 yanğınsöndürən tərəfindən söndürülüb.



Fikrini bildir