SON XƏBƏRLƏR
ABŞ Rusiyaya yeni sanksiyalarla bağlı qərarını AÇIQLADI

Yazının dərc olunma Tarixi: 8/5/2021

Ağ Evin mətbuat katibi Jen Psaki ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etmək istəmədiyini, lakin bu hüququnu hələ də qüvvədə saxladığını bildirib.
ABŞ Rusiyaya yeni sanksiyalarla bağlı qərarını AÇIQLADI
Sfera.az xəbər verir ki, mətbuat konfransında sualları cavablandıran J. Psaki, "Aprel ayında sanksiyaları elan etdiyimiz zaman Rusiyanın gələcəkdəki addımlarını nəzərə alaraq əlavə tədbirlər görmək üçün maksimum manevr imkanından istifadə etdik. Heç kəs işin o səviyyəyə çatmasını istəmir, lakin qərar verdiyimiz zaman yeni sanksiyalar tətbiq etmək hüququmuzu özümüzdə saxlayırıq", - deyə, qeyd edib.

ABŞ rəsmisi ölkəsinin Rusiya ilə daha dayanıqlı və uzunmüddətli əlaqələr formalaşdırmaq istəyində oldğunu diqqətə çatdırıb.

Xatırladaq ki, apreldə ABŞ 10 Rusiya diplomatını deportasiya etməyi özündə ehtiva edən yeni sanksiyalarını açıqlamışdı.
Rusiya ABŞ-a cavab olaraq 10 amerikalı diplomatın deportasiya edilməsi haqda qərar qəbul etmişdi. Bundan əlavə, aralarında ABŞ Ədliyyə naziri, Federal Təhqiqatlar Bürosu və Xarici Kəşfiyyat İdarəsininin rəhbərlərinin də olduğu yüksək səviyyəli ABŞ rəsmilərinin ölkəyə girişinə qadağa qoymuşdu.



Fikrini bildir