SON XƏBƏRLƏR
Gürcüstan Müdafiə Nazirliyi hərbçilərə Quran payladı

Yazının dərc olunma Tarixi: 8/5/2021

Gürcüstan Müdafiə Nazirliyi hərbçilərə Quran payladıGürcüstan Müdafiə Nazirliyi (MN) müsəlman hərbçilərə kiçik ölçülü “Qurani-Kərim” paylayıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan MN məlumat yayıb.

Bildirilib ki, nazirliyin təşəbbüsü ilə çap edilən kiçik ölçülü kitablar ərazi şərtlərinə uyğun olaraq kompakt və elastik hazırlanıb, hərbi kamuflyajla üzlənib.

Kitablar Senakidə yerləşən 2-ci Piyada Briqadasındakı hərbçilərə paylanılıb.

Mərasimdə Qərbi Gürcüstanın müftisi Adam Şantadze də iştirak edib. O, hərbçiləri qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.



Fikrini bildir