Dünyada son sutka ərzində 677 545 nəfər koronavirusa yoluxub, 11 061 nəfər ölüb.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında belə deyilir.
Ümumilikdə isə dünya üzrə 157 973 438 yoluxma hadisəsi, 3 288 455 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Cənub-Şərqi Asiyanın (385 927) payına düşür.
Digər yerləri isə Şimali və Cənubi Amerika (167 820) ilə Avropa (65 404) bölüşür.
Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.