SON XƏBƏRLƏR
Hindistanda koronavirus dəhşətinin səbəbi məlum oldu

Yazının dərc olunma Tarixi: 11/5/2021

Hindistanda koronavirus dəhşətinin səbəbi məlum olduHindistanda mart və aprel aylarında milyonlarla yerli dindar həftələrlə davam edən “Kumb Mela” festivalında iştirak edib.

“Haber Global” məlumat verir ki, hindlilərin 12 ildə bir dəfə keçirilən ən müqəddəs bayramları ölkədə koronavirusun ikinci dalğasına təsadüf edib.

Qanq sularında yuyunaraq günahlarından qurtulacaqlarını güman edən insanlar əslində Hindistanda koronavirusa yoluxma və ölümün artmasına yol açıblar.

Festivalın ən önəmli günü olan 12 apreldə 3 milyona qədər insan maskasız və sosial məsafə gözləmədən Qanq çayına girib.

Eyni zamanda, mütəxəssislər hesab edirlər ki, festival zamanı ictimai nəqliyyatdan kütləvi istifadə də virusun yayılmasını sürətləndirib.



Fikrini bildir