SON XƏBƏRLƏR
İranın keçmiş prezidenti yenidən seçkilərdə iştirak edəcək

Yazının dərc olunma Tarixi: 14/5/2021

İranın keçmiş prezidenti yenidən seçkilərdə iştirak edəcəkİranın keçmiş prezidenti Mahmud Əhmədinejad iyun ayında keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Bu barədə Tasnim agentliyi məlumat yayıb. Əhmədinejad namizədliyini qeydiyyatdan keçirmək üçün gəldiyi zaman yüzdən çox tərəfdarının onu gözlədiyi bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə kiçik toqquşmalar qeydə alınıb.

İran KİV-ləri İran məhkəmə sisteminin hazırkı başçısı, 2017-ci il seçkilərində prezident Həsən Ruhaninin əsas rəqibi olan İbrahim Raisinin prezident seçkilərinə qatılmaq niyyətində olduğunu da yazır.



Fikrini bildir