SON XƏBƏRLƏR
Bir mənzildən ikisi uşaq olmaqla dörd nəfərin meyiti tapıldı

Yazının dərc olunma Tarixi: 31/5/2021

Bir mənzildən ikisi uşaq olmaqla dörd nəfərin meyiti tapıldıRusiyanın Moskva vilayətinin Şyolkovo şəhərində bir evdən iki uşağın və onların iki valideyninin cəsədi aşkar edilib.

“Arqumentı i Faktı” xəbər verir ki, qonşulardan məlumat daxil olan kimi polislər və məhkəmə ekspertləri hadisə yerinə yollanıb. Cəsədlərin tapıldığı mənzilin qapısı arxa tərəfdən bağlı olub. Hadisə yerində olan bütün maddi sübutlar və əşyalar toplanılaraq istintaq orqanlarına təhvil verilib.

Qeyd olunur ki, mütəxəssislər ailə haqqında məlumat toplayır, onların yaxınlarını dindirir və cinayətə səbəb ola biləcək səbəbləri öyrənir.



Fikrini bildir