SON XƏBƏRLƏR
Yaponiyada koronavirusun yeni mutasiyası tapıldı

Yazının dərc olunma Tarixi: 1/6/2021

Yaponiyada koronavirusun yeni mutasiyası tapıldıYaponiyanın qərbindəki Kobe şəhərində koronavirusun yeni mutasiyaya uğramış növü aşkar edilib.

Trend-in məlumatına görə, yeni növ 50 yaşlı şəxsin orqanizmində tapılıb.

Həmin xəstə ölkə ərazisini tərk etmədiyi üçün mütəxəssislər yeni mutasiyanın onun orqanizmində formalaşdığını ehtimal edirlər.

Aparılan araşdırmalar nəticəsində həmin növün koronavirusun Britaniya ştammından yarandığı müəyyənləşib.

Bu növün də yüksək yoluxuculuq qabiliyyətinin olduğu ehtimal olunur.



Fikrini bildir