SON XƏBƏRLƏR
Koronavirusun vaksin olunanlar üçün təhlükəli ştammı müəyyən olundu

Yazının dərc olunma Tarixi: 5/6/2021

Koronavirusun vaksin olunanlar üçün təhlükəli ştammı müəyyən olundu
Hindistanda koronavirusa yoluxanların çox hissəsi tam və ya qismən vaksin olunduqdan sonra özündə üç ştammı birləşdirən B.1.617 SARS-CoV-2 xətti ilə yenidən yoluxublar.

“RİA Novosti”nin məlumatına görə, bu barədə hindistanlı həkimlərin tədqiqatından məlum olur.

Onların sözlərinə görə, artıq 63 belə hal müəyyən edilib.

“Pasiyentlərin 36-sı hər iki doza, 27-si ilə bir doza peyvənd vurdurub. Onlardan 10-u “Covishield”, 53-ü isə “Covaxin” ilə vaksin olunub. Pasiyentlərin 41-i kişi, 22-si qadındır. Xəstələrin heç birinin yeni infeksiyalara səbəb olacaq yanaşı xəstəliyi olmayıb”, - alimlər bildiriblər.



Fikrini bildir