SON XƏBƏRLƏR
“Talibançılar”ın hücumu nəticəsində Əfqanıstanın şimal-qərbində 7 hərbçi həlak olub

Yazının dərc olunma Tarixi: 5/6/2021

“Talibançılar”ın hücumu nəticəsində Əfqanıstanın şimal-qərbində 7 hərbçi həlak olub
Radikal “Taliban” qruplaşması silahlılarının Əfqanıstanda blok-posta etdikləri hücum nəticəsində 7 hərbçi həlak olub.

Bu barədə “Tolo News” telekanalı təhlükəsizlik qüvvələrinə istinadən xəbər verib.

Hücum cümə günü gecə saatlarında Baqdis əyalətində qeydə alınıb.

Baqdis əyalətinin Kadis dairəsinin qubernatoru Mirzə Əli Bidar telekanala bildirib ki, toqquşmalar zamanı “talibançılar” da itki veriblər.



Fikrini bildir