SON XƏBƏRLƏR
Almaniyada sinaqoq yandırıldı

Yazının dərc olunma Tarixi: 5/6/2021

Almaniyada sinaqoq yandırıldıAlmaniyanın Ştutqart şəhərindən 70 km cənub-şərqdə yerləşən Ulm şəhərindəki sinaqoqu naməlum şəxslər yandırıblar.

Bu məlumatı “newsru.co.il” yayıb. Videoyazıya əsasən, bir kişi binaya yaxınlaşaraq minik maşınının yük yerindən maye dolu kanistri götürüb, onu sinaqoqun qarşısına səpərək yandırıb.

Yanğının alovları binaya ziyan vurub. Ravvin yerli polis idarəsinə şikayət ərizəsi ilə müraciət edərək yanğının qəsdən törədildiyini bildirib.



Fikrini bildir