SON XƏBƏRLƏR
Dünyada koronavirusa yoluxanların sayı 173 milyonu ötüb

Yazının dərc olunma Tarixi: 6/6/2021

Dünyada koronavirusa yoluxanların sayı 173 milyonu ötüb
Dünyada COVID-19-a yoluxunların sayı artmaqda davam edir.

Bu barədə ayrı-ayrı ölkələrin statistikası xəbər verir. Belə ki, mayın 11-də təhlükəli infeksiyaya yoluxma hallarının sayı 173 750 602 təşkil edib.

Koronavirusa ən çox yoluxma sayı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 34 204 374 yoluxma aşkarlanıb.

Siyahıda sonrakı yerdə Hindistan (28 809 339 yoluxma), Braziliya (16 907 425), Fransa (5 707 683) qərarlaşıb.

Dünyada COVID-19-dan ümumilikdə 3 737 187 insan ölüb. Bununla yanaşı, 156 632 941 nəfər təhlükəli infeksiyadan sağalıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.



Fikrini bildir