Ermənistanda korpus komandiri işdən çıxarıldı

Yazının dərc olunma Tarixi: 8/7/2021

Ermənistanda korpus komandiri işdən çıxarıldıErmənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri, general-mayor Qriqori Xaçaturov vəzifəsindən azad edilib.

Erməni KİV-ləri xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan Fərman imzalayıb. Q. Xaçaturov bu ilin fevralında Baş Qərargahın Baş nazir Nikol Paşinyanın istefası tələbini dəstəkləmişdi. Daha sonra o, bəyanatla çıxış edərək, Paşinyan hökumətinin istefaya getməsini tələb etmişdi.

Q. Xaçaturovun atası, keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov eks-prezident Robert Köçəryanla birlikdə 2008-ci ildə ölkədə konstitusion quruluşun devrilməsi cinayətində ittiham olunur.



Fikrini bildir