SON XƏBƏRLƏR
"İndi baş verənlər ya Rusiyanın dezinformasiyasıdır ya da Rusiya üçün əlverişli bir məqamdır"

Yazının dərc olunma Tarixi: 18/7/2021

"İndi baş verənlər ya Rusiyanın dezinformasiyasıdır ya da Rusiya üçün əlverişli bir məqamdır"
"İndi baş verənlər ya Rusiyanın dezinformasiyasıdır ya da Rusiya üçün əlverişli bir məqamdır. Hesab edirəm ki, bu barədə diqqətli olmalıyıq".
Bu barədə ABŞ-ın ölkəmizdəki səfiri Kelli Deqnan, Baş nazir Qaribaşvilinin açıqlamasına münasibət bildirərkən deyib.
Səfir qeyd edib ki, sanksiyalar məsələsi Birləşmiş Ştatların tətbiq etdiyi bir vasitətdir, ancaq konkret məqamda ABŞ fikir ayrılıqlarının danışıqlar vasitəsilə həllinin tərəfdarıdır:
"Mənim və həmçinin ABŞ dövlət departamentinin mətbuat xidmətinin rəhbərinin də qeyd etdiyi kimi, sanksiyalar konkret bir vasitədir. Biz əlbəttə ki, istənilən halda fikir ayrılığının müxtəlif dialoq vasitələri ilə aradan götürülməsinin tərəfdarıyıq. Dialoq məsələlərin uzunmüddətli perspketivdə həllini nəzərdə tutan bir vasitədir", - deyə K. Deqnan bildirib.
Qeyd edək ki, ABŞ dövlət departamentinin mətbuat xidmətinin rəhbəri, dünən verdiyi bəyanatda Gürcüstan hökumətinin ali məhkəmə hakimlərinin seçilməsi ilə bağlı həyata keçirdiyi fəaliyyətdən təəssüfləndiyini ifadə edərək, Şarl Mişelin vasitəsilə imzalanmış sənədi tam olaraq yerinə yetirməyə çağırıb.
Bu gün baş nazir İrakli Qaribaşvili, ABŞ tərəfinin mövqeyinə münasibət bildərərk qeyd edib ki, Gürcüstana qarşı sanksiyalar tətbiq etməklə bağlı spekulasiyalar Rusiyanın maraqlarına xidmət edir.
www.24news.ge



Fikrini bildir
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30