BMT-dən "Şimali Koreya " bəyanatı

Yazının dərc olunma Tarixi: 30/8/2021

BMT-dən "Şimali Koreya " bəyanatı

Birləşmiş Millətlər Təşkilatının nüvə müşahidəçisinin sözlərinə görə, Şimali Koreya nüvə silahı üçün plutonium istehsal edə biləcək elektrik stansiyasında əməliyyatları bərpa edib.

Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyanın nüvə planı açığa çıxdı. Kim Jong- un başçılıq etdiyi ölkənin nüvə proqramına nəzarət edən Birləşmiş Millətlər Təşkilatının nüvə müşahidəçisi öz məruzəsini dərc edib.

CNN İnternational da olan məlumatına görə, müşahidə orqanı Şimali Koreyanın plutonium istehsal edə biləcək elektrik stansiyasında əməliyyatlarını bərpa etməsi qənaətinə gəlib.

Beynəlxalq Atom Enerjisi Agentliyi bildirib ki, iyulun əvvəlində müşahidə olunan soyuducu suyun axıdılması kimi siqnallar elektrik stansiyasının aktiv olduğunu göstərir.
IAEA-da həmçinin qeyd ediblər ki, 2018-ci ilin dekabrından bu cür sübutlar müşahidə olunmayıb.

Məruzədə bildirilir ki,"Şimali Koreyanın nüvə proqramının davam etdirilməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tamamilə pozulmasıdır və son dərəcə kədərlidir".

ABŞ Dövlət Departamentinin yüksəkrütbəli məmuru AFP qarşısında çıxış edərək Vaşinqtonun məruzədən xəbərdar olduğunu və müttəfiq ölkələrlə sıx əməkdaşlıq etdiyini bildirib.



Fikrini bildir