SON XƏBƏRLƏR
600 nəfər Həccə gedəcək

Yazının dərc olunma Tarixi: 26/1/2017

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, builki ziyarət zərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək. Birnəfərlik ziyarət paketinin qiyməti 3 850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.
600 nəfər Həccə gedəcək
Qafqaz Müsəlmanları İdarəsi vətəndaşların nəzərinə çatdırır ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu yalnız İdarənin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında, Təzəpir kompleksinin yanında yerləşən Ziyarət şöbəsində aparılır.
Ətraflı məlumat üçün suallarınızı saytımızın müvafiq “sual ver” bölməsindən (http://qafqazislam.com/index.php?lang=az§ionid=13) göndərə bilərsiniz.



Fikrini bildir