SON XƏBƏRLƏR
AstraZeneca vaksini məhdud sayda olduğundan 60 yaşdan yuxarı şəxslərə vurulur - TƏBİB

Yazının dərc olunma Tarixi: 18/6/2021

AstraZeneca vaksini məhdud sayda olduğundan 60 yaşdan yuxarı şəxslərə vurulur - TƏBİB
"COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulması həmin vaksinin məhdud sayda olması ilə bağlıdır".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəsetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, bu vaksin ölkəyə məhdud sayda gətirilib və buna görə də ilkin mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub: “Bu, vaksinasiya ilə bağlı mövcud standartda da qeyd olunub".



Fikrini bildir