SON XƏBƏRLƏR
"KƏLBƏCƏR ERMƏNİLƏR TƏRƏFİNDƏN TAMAMİLƏ DAĞIDILIB"

Yazının dərc olunma Tarixi: 17/8/2021

"KƏLBƏCƏR ERMƏNİLƏR TƏRƏFİNDƏN TAMAMİLƏ DAĞIDILIB"
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva dünən Kəlbəcərdə və Laçında olublar. Dövlət başçısı hər iki rayonda strateji obyektlərin təməlini qoyub, Azərbaycanın dövlət bayraqları dalğalandırılıb.
Kəlbəcər Azərbaycanın strateji ərazilərindən biridir. 1993-cü ilin aprelində ermənilərin terroru nəticəsində işğal edilmişdir. Düşmən şəhəri tamamilə dağıtmışdır. “Artıq Kəlbəcər şəhərindəyik. Erməni vəhşiliyinin təməlləridir bu. Şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinə səfəri zamanı deyib. “Ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Burdan çıxanda da o binaları yandırıb sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 90-cı illərin əvvələrində bu torpaqları işğal edərkən bizim şəhər və kəndləri dağıtmışdır, 2020-ci ildə də biz bunları buradan qovanda da ağacları kəsib yandırıb, binaları dağıdıblar”, - Azərbaycan Prezidenti bildirib. Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.
Bəli, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusunun qəfil hücumu zamanı Ermənistan nəinki başını, həm də işğal etdiyi əraziləri əldən verdi, qaçmağa üz tutdu, Rusiyadan aldığı və formalaşdırdığı sınıq-salxaq ordusunu da itirdi və cəmi 44 günlük əks-hücuma tab gətirə bilmədi. Halbuki 30 il ərzində istehkamlar qurmuşdular.
İndi düşmən təxribatlarla baş qatır. Təbii ki, əbəs yerə. Bilə-bilə ki, bu dəfə 44 deyil, 4 günə darmadağın ediləcək
A.Məmmədli



Fikrini bildir