SON XƏBƏRLƏR
2 uşaq atası bayram günü özünü iş yerində asdı

Yazının dərc olunma Tarixi: 4/1/2016

Goranboyda intihar baş verib. 29 yaşlı kişi özünü asıb. Goranboy rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Natiq Mətləb oğlu Abdullayev özünü qaçqınlar üçün salınmış şəhərciyin qazanxanasında asaraq intihar edib. Onun asılmış meyitini iş yoldaşları aşkar ediblər. Natiq Abdullayev 2 azyaşlı övlad atası olub. Hələlik hadisənin başvermə səbəbləri bilinmir.
Canına qəsd edən şəxs özünü asdığı qazanxananın işçisi olub.
2 uşaq atası bayram günü özünü iş yerində asdı
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Goranboyda oktyabrın 14-də də intihar baş verib. Rayonun Dəliməmmədli qəsəbəsi, Ə. Fərəcov 56 ünvanında yaşayan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Gülnarə İmamverdi qızı Xıdırova sirkə turşusundan ağır zəhərlənmə dioqnozu ilə xəstəxanaya gətirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən qadına dərhal lazımı tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, Təcili Yardım Xəstəxanasında keçinib.



Fikrini bildir