SON XƏBƏRLƏR
Bakıda qardaş bacısını bıçaqlayıb

Yazının dərc olunma Tarixi: 15/2/2016

Bakıda bıçaqlanma hadisələri baş varib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisələrdən biri Binəqədi rayonunda qeydə alınıb. Binəqədi polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 13-də Biləcəri qəsəbəsində 1987-ci il təvəllüdlü Yelena Qurbanovaya yaşadığı evdə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən qardaşı, 1990-cı il təvəllüdlü Sabir Qurbanov tutulub.
Digər hadisə isə fevralın 13-də Sahil qəsəbəsində baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Rəhim Həsənzadəyə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Şirvan Quliyev saxlanılıb.



Fikrini bildir