Mayın 11-i ADA universitetinin tələbəsi 20 yaşlı Rüfət Allahverdiyevin ölümünə səbəb olan qəzanı törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Kərimov Rəhim Yüzasif oğlu saxlanılıb. Baş Prokurorluğun mətbuat idmətindən ANS PRESS-ə verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R.Kərimov mayın 14-də tutularaq istintaqa cəlb edilib və ona Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məlum olub ki, R Kərimov narkotik maddələrin təsiri altında hadisəni törədib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Mərhum Rüfət Abdullayevin atası Elbəy Allahverdiyev daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
