SON XƏBƏRLƏR
32 yaşlı müəllimə 18 yaşlı şagirdinə qoşulub qaçdı

Yazının dərc olunma Tarixi: 25/5/2016

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib. Belə ki, məktəbin ingilis dili müəlliməsi 32 yaşlı Əminə müəllimə həmin məktəbin şagirdi 18 yaşlı Cəlil bəyə qoşulub qaçıb. Məlumata görə, ilk öncə tərəflərin ailə üzvləri bu birliyə razı olmayıb.
Şagirdə qoşulub qaçan müəllimənin hərəkəti dərs dediyi məktəbin əməşdakları tərəfindən də xoş qarşılanmayıb. Şagirdlərdən birinin verdiyi məlumata görə, bütün məktəb bu hadisədən danışır.
Digər mənbələrdən aldığımız məlumata görə, gəlin müəllimə imkanlı ailənin övladıdır. Əminə müəllimənin anası qətiyyən bu nikaha “yox” deyir. Nə qardaşı var, nə bacısı. Evin tək qızıdır. Qızının qoşulub qaçdığını bilən atanın da səhhəti pisləşib. Şagird-müəllimə sevgisi 2 il imiş davam edirmiş.
Digər mənbələrdən daxil olan məlumatda qeyd edilir ki, məktəbin drektoru da bu işə ilk əvvəldən "yox" deyib. Bu səbəbdən biz birbaşa direktor Məmməd müəllimlə əlaqə saxladıq. Direktor bu məsələni qətiyyətlə pislədiyini və bu işə qarşı çıxdığını bildirdi.
Məmməd müəllim qeyd etdi ki, oğlanla təklikdə görüşməyib. Çünki məktəb vaxtı bu haqq-hesabdan heç kimin xəbəri olmayıb. Bu sevgi hekayəsi bəy məktəbi bitirib gedəndən sonra ortaya çıxıb.
Hadisəyə Təhsil Nazirliyinin rsmisi də münasibət bildirib.
Qeyd edək ki, toy Biləcəridəki “Ağ Saray” şadlıq evində baş tutub.
32 yaşlı müəllimə 18 yaşlı şagirdinə qoşulub qaçdı



Fikrini bildir