SON XƏBƏRLƏR
Sabah dələduz rəisin məhkəməsi başlayacaq

Yazının dərc olunma Tarixi: 26/5/2016

Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayacaq. Bu barədə vəkil İradə Cavadova məlumat verib. Prosesə hakim Əlövsət Abbasov sədrlik edəcək.
Qeyd edək ki, R.Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən ötən ilin may ayında tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.
Sabah dələduz rəisin məhkəməsi başlayacaq



Fikrini bildir