Azərbaycanda 25 yaşlı qadın doğuş zamanı öldü

Yazının dərc olunma Tarixi: 7/6/2016

Quba rayonunda ana doğuş zamanı dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, Quba rayon Püstəqasım kənd sakini 1991-ci il təvəllüdlü Aygün Ayəddin qızı Kərimova Quba Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzinə doğum sancıları ilə gətirilib. Lakin uşaq dünyaya gəldikdən bir müddət sonra 25 yaşlı qadın dünyasını dəyişib. Həkimlərin Aygün Kərimovanın valideynlərinə bildirdiklərinə görə, doğum son ana qədər normal olsa da qadının halı qəfildən pisləşib və o qanaxmadan dünyasını dəyişib.
Azərbaycanda 25 yaşlı qadın doğuş zamanı öldü
Quba Mərkəzi Rayon Xəsətəxanasının baş həkiminin müavini Əlyar Sərvərov deyir ki, ananın ölümü qəfil baş verib. “Son ana qədər heç bir problem yox idi. Doğuş da normal keçdi, uşaq da normal oldu. Bu, o deməkdir ki, uşaqlıq da normal olub. Amma doğuşdan sonra uşaqlıq boşalanda anidən qanaxma baş verə bilər. Bu, adətən min doğuşdan bir olan hadisədir. Buna uşaqlığın atanomiyası deyilir, yəni, uşaqlığın tonusdan düşməsi. Bundan başqa, 9 ay hormonal dəyişilmiş qadının uşaqlığı, qan dəyişikliyi, qanın formalaşması və s. bu kimi orqan dəyişikliyi ananın ölümünə səbəb olub” - deyə Əlyar Sərvərov bildirdi.
Faktla bağlı Quba rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Fikrini bildir