Bakıda qardaşlar yeyib-içib bıçaqlaşdı

Yazının dərc olunma Tarixi: 24/6/2016

Sabunçu rayonunda qanlı hadisə baş verib. APA-nın məlumatına görə, rayon sakini, 39 yaşlı İlqar Qulam oğlu Abbasovla qardaşı Etibar arasında yeyib-içmək məclisi zamanı mübahisə düşüb. Qardaşlar mübahisəni məhəllədə davam etdiriblər. Qohumları onları sakitləşdirərək aralayıblar. Amma...
Bir qədər sonra qardaşlar arasında yenidən mübahisə düşüb. Bu zaman Etibar cibindən çıxardığı bıçaqla İlqarın ayağına zərbə endirib. Yaralı İlqar Abbasovu qohumları xəstəxanaya çatdırıblar. Yaralı dərhal əməliyyata götürülüb. İlqar Abbasovun həyatını həkimlər xilas edə biliblər.
Qardaşını bıçaqlayan Etibar Abbasov isə könüllü olaraq 12-ci polis bölməsinə gələrək təslim olub.



Fikrini bildir