Polisi aldatmaq istədi, ifşa olundu

Yazının dərc olunma Tarixi: 4/7/2016

Abşeron rayonu Hökməli qəsəbə sakini Təhsin Allahquliyev Daxili işlər nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq ona məxsus fərdi yaşayış evindən 6300 dolar və 2600 manat nağd pulun oğurlandığını bildirib. Dərhal sözü gedən ünvana Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları baxış keçiriblər.
ANS TV-nin məlumatına görə, mənzildən barmaq izləri götürülüb. Özünü zərərçəkən kimi qələmə verən Təhsin israrla polis əməkdaşlarına pulunun oğurlandığını bildirib. Ancaq əməliyyatçılar vətəndaşı dəfələrlə dindirmələrinə baxmayaraq sözü gedən oğurluqda qaranlıq bir məqamın olduğunu üzə çıxarıblar. Aparılan araşdırmalar nəticəsində Təhsin Allaquliyevin polisi bilərəkdən aldatması məlum olub.



Fikrini bildir