Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Qaradağ rayonunda qeydə alınıb.
Səngəçal qəsəbəsində BMW markalı minik avtomobili “Shagman” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən BMW alışıb. Hadisə zamanı minik avtomobilinin orta yaşlı qadın sərnişini və sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onları yanğından ərazidə olan şəxslər xilas ediblər.
Əraziyə yol polisi əməkdasları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.