Bulvarda özünü dənizə atan gənc qız xilas edildi - VİDEO

Yazının dərc olunma Tarixi: 25/8/2020

Bulvarda özünü dənizə atan gənc qız xilas edildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Bu barədə FHN-in saytı məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Gənc qızın xilas edilməsi hadisəsi ilə bağlı görüntüləri təqdim edirik:




Fikrini bildir