Masallıda ər və arvad bıçaqlanıb

Yazının dərc olunma Tarixi: 1/5/2021

Masallıda ər və arvad bıçaqlanıb
Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb.

Belə ki, ər və arvad evdə yarlı və huşsuz vəziyyətdə tapılıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan təxminən 25 yaşlarında olan kişinin boyun, qadının isə kürək və bel nahiyələrindən kəsilmiş-deşilmiş yaralar aldığı bildirilib.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir