SON XƏBƏRLƏR
Gəncədə evdən kişi meyiti tapıldı

Yazının dərc olunma Tarixi: 1/5/2021

Gəncədə evdən kişi meyiti tapıldıFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Pravdainfo.org FHN-in saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Quliyev Vaqif Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.



Fikrini bildir